Ali Rada qondarma “erməni soyqırımı”nın müzakirəsindən imtina etdi


14:17     21 Fevral 2020 2020/02/b3377f7c-5517-42ad-b1ed-dc01c1233f37_1582280287.jpg

Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasının deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi geri qaytarılıb.


Azərbaycanın Ukraynadakı səfirliyindən Femida.az-a verilən məlumata görə, Ali Rada qondarma “erməni soyqırımı”na dair sənədin müzakirəsindən imtina edib.

Eyni zamanda fevralın 14-də qeydə alının qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb.

Femida.az

Açar sözlər: #Ukrayna  

Oxunub: 732