Məhkəmə Bəxtiyar Hacıyevin şikayətini təmin etməyib


14:48     21 Fevral 2020 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Bakı Apelyasiya Məhkəməsində 29 saylı Səbail Seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyevin seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciətinə baxılıb.

Femida.az-ın məlumatına görə, keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Bəxtiyar Hacıyevin müraciəti təmin edilməyib və MSK-nın qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, MSK bir müddət əvvəl Bəxtiyar Hacıyevin şikayətinə baxıb. Şikayət əsasında 6 məntəqənin nəticəsi ləğv edilib. Qərarla razı olmayan Bəxtiyar Hacıyev məhkəməyə müraciət edib.

Xatırladaq ki, 29 saylı Səbail Seçki Dairəsindən lider namizəd Nigar Arpadaraidir.

Femida.az

Açar sözlər:

Oxunub: 490