Ali Məhkəmənin sədri tapşırıqlar verdi
15:14 21 Fevral 2020
Bu gün Ali Məhkəmənin sədri Ramiz Rzayev Ağsu Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.
Ali Məhkəmədən Femida.az-a verilən məlumata görə, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin Ağsu şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb, digər qaldırılan məsələlər üzrə Ali Məhkəmənin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması ilə bağlı ölkə Prezidenti tərəfindən yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Ağsu Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub, müvafiq tövsiyə və tapşırıqlar verilib.
Femida.az
Oxunub: 460
Oxşar xəbərlər
- Ali Məhkəmə Əli Əliyevin kassasiya şikayətini təmin etməyib
- Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub
- Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü vəfat edib
- Ali Məhkəmə sevgilisini öldürən qadınla bağlı qərar elan edib
- Ali Məhkəmə “Azərişıq” ASC-nin şöbə rəisi ilə bağlı qərar elan edib
- Ali Məhkəmə sevgilisinin qətlini sifariş edən qadınla bağlı qərar çıxarıb
- Ali məktəb və kolleclərə ərizə qəbulu başa çatıb
- Ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edilib
- Ali məktəblərin magistraturalarına qəbul imtahanı başa çatıb
- Ali Məhkəmə xəstəxanada ana ölümünə görə ginekoloqla bağlı qərar elan edib