Azərbaycanda I siniflərə qəbul elektron qaydada aparılacaq
15:53 21 Fevral 2020
2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, tədris Azərbaycan dilində aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar elektron sistemdə avtomatik olaraq təhsil aldıqları məktəblərin birinci siniflərinə qəbul ediləcəklər. Martın 10-dan etibarən həmin uşaqların valideynləri və ya qanuni nümayəndələri şəxsi elektron kabinetlərindən (www.mektebeqebul.edu.az) ərizə formasını çap edərək hazırda təhsil aldıqları məktəbə təqdim etməlidirlər. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təhsil digər dildə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək. Müsahibələr fevralın 24-dən martın 3-dək yerli təhsili idarəetmə orqanları tərəfindən təşkil ediləcək. Bu barədə yerli təhsili idarəetmə orqanları tərəfindən valideynlərə müvafiq məlumat verilir.
Məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların birinci sinfə qəbulu da elektron qaydada (www.mektebeqebul.edu.az) həyata keçiriləcək. Bunun üçün valideynlər martın 10-dan başlayaraq elektron qeydiyyatdan keçməlidirlər. Martın 13-dən isə məktəb seçimini həyata keçirə bilərlər. Eyni qaydada, digər dildə təhsil almaq istəyən uşaqların birinci siniflərə qəbulu həmin dildə şifahi nitq bacarığını qiymətləndirən müsahibələrin nəticəsi əsasında həyata keçiriləcək. Bu müsahibələr aprelin 1-dən başlayaraq təşkil olunacaq.
Femida.az
Oxunub: 522
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib