“Avropa vəkillər kollegiyaları rəhbərlərinin 48-ci toplantı"sı keçirilib


16:18     21 Fevral 2020 2020/02/15822815091671234225e4fb325de875_1582287566.jpg

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstriya Vəkillər Kollegiyasının dəvəti ilə “Avropa vəkillər kollegiyalarının rəhbərlərinin 48-ci toplantı”sında iştirak edib.


Femida.az xəbər verir ki, bu barədə A. Bağırov özünün "Facebook" səhifəsində məlumat paylaşıb.

Ənənəvi olaraq Vyana şəhərində keçirilən konfransda əsas etibarilə Avropa Şurasına üzv olan ölkələrin vəkillər assosiasiyalarının rəhbərləri, habelə Beynəlxalq Vəkillər Kollegiyaları Assosiyası, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının prezidentləri, bir sıra digər peşəkar regional təşkilatların təmsilçiləri iştirak ediblər.

Açar sözlər:

Oxunub: 597