Hansı davranışlar hakimlərin peşə fəaliyyətinə ziddir?


18:31     21 Fevral 2020 1398947325_mehkeme.jpg

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2007-ci il 22 iyun tarixli qərarı ilə Hakimlərin Etik Davranış Kodeksi təsdiq edilib. Hakimlərin Etik Davranış Kodeksi hakimlik fəaliyyətinin etik prinsiplərinin və standartlarının toplusudur. Kodeks hakimlər üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir. Bəs hakimin peşə etikası və ya peşə fəaliyyətindən kənar davranışı dedikdə nə nəzərdə tutulur?



Femida.az -ın e-huquq-a istinadən verdiyi məlumata görə, kodeksin III bəndində hakimin peşə fəaliyyətindən kənar davranış qaydaları təsbit olunub. Bunlar aşağıdakılardır:

- Hakimin professional fəaliyyətindən kənar davranışı onun ədalətli, obyektiv, qərəzsiz olmasına kölgə salmamalıdır.

- Hakim peşə fəaliyyətinin həyata keçirilməsinə və məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməyən ictimai fəaliyyətdə iştirak edə, maraqlarının müdafiəsi, peşə hazırlığının artırılması və müstəqilliyinin qorunması üçün hakim assosiasiyaları yarada, onlara daxil ola bilər.

Hakim, onun müstəqilliyini və ya qərəzsizliyini gözdən sala biləcək hər hansı fəaliyyətdən çəkinməlidir.

- Hakim heç bir seçkili və ya təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz.

- Hakim siyasi partiyalara və hərəkətlara mənsub ola, onlara bu və ya digər formada dəstək göstərə, siyasi xarakter daşıyan kütləvi tədbirlərdə iştirak edə, siyasi baxışlarını açıq ifadə edə bilməz.

- Hakim məhkəmə sistemi, məhkəmə quruluşu, məhkəmə icraatı və digər hüquq məsələləri ilə bağlı qanunverici və icra hakimiyyəti orqanları, habelə yerli özünüidarə orqanları ilə qarşılıqlı fəaliyyət göstərə bilər, bu şərtlə ki, həmin fəaliyyət onun müstəqilliyinə və qərəzsizliyinə şübhə yaratmasın.

Açar sözlər:

Oxunub: 727