Bu məntəqələrin nəticəsi LƏĞV EDİLDİ
16:40 21 Fevral 2020
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.
Femida.az xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.
İclasda 91 saylı Ucar Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Məmmədov Əbil Abbas oğlu tərəfindən ünvanlanan müraciətə baxılıb.
Müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, şikayətçinin müraciəti araşdırılan zaman həmin dairənin 18 və 38-ci məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular var.
A.Muxtarova təklif edib ki, bu səbəbdən həmin məntəqələrin nəticələri ləğv edilməli və şikayət qismən təmin edilməlidir.
Təklif səsverməyə çıxarılaraq qəbul edilib.
Oxunub: 643
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir