Ərdoğan Bakıya gəlir - Bir sıra sənədlər imzalanacaq


16:53     21 Fevral 2020 20_02_21_1582289686.jpg


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycana səfər edəcək”.

Femida.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, Türkiyə Prezidentinin səfəri bir gün davam edəcək, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı bir sıra sənədlərin imzalanması gözlənilir. İndiyə kimi imzalanacaq bir neçə sənədlərlə bağlı razılıq əldə edilib. Bunlardan iqtisadi və hərbi sahələrlə bağlı sənədləri vurğulamaq istərdim”.

Femida.az

Açar sözlər:

Oxunub: 649