DSK-nın qərarı qüvvədə saxlanıldı


19:05     21 Fevral 2020 20_02_21_1582290409.jpg


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 28 saylı Sabunçnu üçüncü seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Süleymanlı Aygün Yunis qızının müraciətinə baxılıb.


Femida.az xəbər verir ki, müraciət barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O bildirib ki, şikayətçi səsvermə günü pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğvini tələb edib: “Araşdırma zamanı müraciətdə göstərilən hallar öz əksini tapmayıb. Ona görə şikayətlə bağlı dairə seçki komissiyasının qərarı qüvvədə saxlanılmalıdır. Bu səbəbdən şikayətçinin müraciəti təmin edilməməlidir”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 718