Vəkillər üçün 2 yeni təlim keçiriləcək


17:30     21 Fevral 2020 20_02_21_1582291801.jpg


Azərbaycan Respublikası Ədliyyə Akademiyası və Vəkillər Kollegiyası birgə əməkdaşlıq çərçivəsində “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi: Ədalətli məhkəmə araşdırması hüququ” və “Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliyə edilmiş dəyişikliklər” mövzusunda ixtisasartırma kurslarının keçirilməsi nəzərdə tutulur.

Femida.az xəbər verir ki, 26 fevral 2020-ci il tarixdə saat 15:00-da Ədliyyə Akademiyasında “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi: Ədalətli məhkəmə araşdırması hüququ” mövzusunda keçiriləcək təlim Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Günel Sevdimalıyeva tərəfindən tədris ediləcək.

“Məhkəmə ekspertizası fəaliyyəti haqqında qanunvericiliyə edilmiş dəyişikliklər” mövzusunda 27 fevral 2020-ci il tarixdə saat 09:00-da Ədliyyə Akademiyasında keçiriləcək təlimdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Keyfiyyət təminatı bölməsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru Cabir Ahmet tərəfindən “Məhkəmə ekspertizası sahəsində dəyişikliklərə dair qanunvericilik paketi” və “Məhkəmə ekspertizasının müasir imkanları” mövzularında müzakirələr aparılacaq.

Təlimdə iştirak üçün yerlər məhduddur. İştirak etmək arzusunda olan vəkillər iştirak barədə niyyət məktubunu təlimin adını qeyd etməklə Kollegiyanın aparatının əməkdaşı Orxan Babayevin email ünvanına ([email protected]) göndərə bilərlər.

Femida.az

Açar sözlər: #vəkil   #ədliyyə   #təlim   #hüquq  

Oxunub: 2790