Restoran yaxınlığında əl qumbarası tapıldı
22:12 21 Fevral 2020
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, Bulvar küçəsi ərazisində yerləşən “Bakı” restoranın yaxınlığında əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Femida.az -a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və kinoloji qrupları, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin və Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının (STTYS) əməkdaşları əraziyə göndərilib və baxış keçirilib.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 100 kv.m əraziyə yerüstü, 15 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 835
Oxşar xəbərlər
- Restoranda karantini pozan 25 nəfər cərimələndi
- Restoran sahibi 200 nəfərlik toya görə cərimələndi
- Restoranda toy edən 40 nəfər cərimələnib
- Restoranda ad günü məclisi keçirən model cərimələndi
- Restoran sahiblərinə xəbərdarlıq edilib
- Restoranlar açılır, toylar isə oktyabradək olmayacaq
- Restoran və kafelər bu qaydada işləyəcək
- Restoranlar, kafelər, metro, əyləncə mərkəzləri ən azı ilin sonuna qədər qapalı qalmalıdır - AÇIQLAMA
- Restoran, kafe və çayxanalar bağlandı
- Restoranlarda nərə balığı adı ilə insanlara başqa ət satılır