Şamaxıda zəlzələ olub


09:15     22 Fevral 2020 lerik_zelzele.gif

Bu gün səhər saatlarında Şamaxıda 3,3 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Femida.az --a verilən məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 07:05-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Şamaxı ərazisində qeydə alınıb.



İlkin məlumatlara əsasən, zəlzələnin ocağı 4 km dərinlikdə olub.

Yeraltı təkanlar Şamaxı ərazisində hiss edilməyib.

Açar sözlər:

Oxunub: 255