Avtobusun altında qalıb öldü (VİDEO)


09:39     22 Fevral 2020 20_02_22_1582350012.jpg

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın "Report"a istinadən xəbərinə görə, hadisə ötən gün saat 22 radələrində Bakı-Qazax yolunun rayonun şərti olaraq "Dördyol" adlanan ərazisində qeydə alınıb.

"İkarus" markalı sərnişin avtobusu yolu keçən piyada, rayonun Qarabörk kənd sakini, 1973-cü il təvəllüdlü Ehtiram Heybət oğlu Novruzəliyevi vurub. E.Novruzəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Açar sözlər:

Oxunub: 607