“Azəriqaz”: Yeni sayğaclara müdaxilələr azalacaq
10:33 22 Fevral 2020
“Azəriqaz” İstehsalat Birliyi müdaxilələri minimuma endirəcək yeni şəffaf sayğac qutuları təqdim edir.
Birlikdən Femida.az-a verilən məlumata görə, qutular həm mexaniki, həm də elektron sayğaclar üçün asanlıqla istifadə ediləcək. Xarici təsirlərə - xüsusən də zərbələrə davamlıdır.
Beləliklə, sayğaclara müdaxilələr minimuma enəcək. Qutu ayrılıqda 2 yerdən möhürlənəcək. Abonent ilə Birlik arasındakı yersiz mübahisələr, ittihamlara əsas qalmayacaq. Dövlət yoxlanışı zamanı sayğac qutu ilə birlikdə götürüləcək və müvafiq müəssisədə abonentin öz iştirakı ilə açılaraq lazımı prasedura təqdim ediləcək. Abonent mexaniki sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya bilər, elektron sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkündür.
Qutularla bağlı video-çarxı və Birliyin baş direktorunun bu barədə müsahibəsini təqdim edirik:
Femida.az
Oxunub: 640
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"