Qayınanasını öldürən gəlinin məhkəməsi başlayır


11:13     22 Fevral 2020 mehkeme7.jpg

Bakıda qayınanasını qətlə yetirməkdə təqsirləndirilən Mədinə Qreçnevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıqovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il paytaxtın Xətai rayonu, Telnov küçəsində qeydə alınıb. Mənzildə qadının üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbriləri nəticəsində məlum olub ki, qadını gəlini Mədinə Qreçneva qətlə yetirib.

Gəlin qayınanasını münaqişəsi zəminində başına butulka ilə vuraraq öldürüb.

Femida.az

Açar sözlər:

Oxunub: 532