Quba sakinlərindən narkotik götürülüb - FOTO
12:50 22 Fevral 2020
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən iki rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri, R.Haşımov M.Dadaşov rayonun Dəvədabanı yaşayış massivi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Onların üzərlərinə baxış keçirilən zaman R.Haşımovdan təmiz çəkisi 130 qram, M.Dadaşovdan isə 95 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Dindirilmə zaman hər iki şəxs narkotiklərin onlara məxsus olduğunu və qanunsuz olaraq saxladılarını etiraf ediblər.
Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.
Oxunub: 576
Oxşar xəbərlər
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb
- Qubadlı şəhərinin Baş Planını İsveçrə şirkəti hazırlayacaq
- Qubada 35 yaşlı kişi qətlə yetirilib
- Qubada qadın baltalanıb, qızı anasını ölümdən xilas edib
- Qubada kişi keçmiş arvadını qətlə yetirib, sonra intihar edib
- Qubada daha 5 vəzifəli şəxsə cinayət işi başlanılıb
- Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb