Lerikdə avtomobil dərəyə aşıb, biri azyaşlı olmaqla 2 nəfər ölüb


15:48     22 Fevral 2020 big_1405422456_qeza.jpg

Lerikdə avtomobil dərəyə yuvarlanıb.

Femida.az -ın verdiyi məlumata görə, hadisə rayonun ucqar dağ kəndi olan Orandda qeydə alınıb. Mail Rəhimovun idarə etdiyi "UAZ" markalı avtomobil dərəyə aşıb. Nəticədə ilkin məlumata görə, hadisə yerində sərnişinlər arasında olan azyaşlı dünyasını dəyişib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılardan biri Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Digər yaralılar isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Maşının idarəetmədən çıxmasına səbəb kimi yolun qarla örtülü olması göstərilirr.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 705