Avtomobil yolları işçiləri peşə bayramını qeyd edir
13:57 22 Fevral 2020
Bu gün avtomobil yolları işçilərinin peşə bayramıdır.
Femida.az-ın məlumatına görə, 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günü Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Artıq 12-ci ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri hazırda ölkəmizdə gedən sosial-iqtisadi inkişafına dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir.
Qeyd edək ki, agentliyin balansında ümumi istifadədə olan 17542,6 km uzunluqda avtomobil yolu var ki, onun da 4385 km-i Respublika əhəmiyyətli, 13157,6 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir. Bu yollardan 2661 km-i hazırda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalıb. Cəmiyyətin balansında 1316 ədəd körpü var. 90 körpü işqal olunmuş ərazilərdə yerləşir.
Femida.az
Oxunub: 639
Oxşar xəbərlər
- Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR - elektron sistem vasitəsi ilə... - VİDEO
- Avtomobilini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimələnəcək
- Avtomobil Yolları Dövlət Agentliyi gücləndirilmiş iş rejiminə keçib
- Avtomobilin yük yerində istehlak üçün yararsız at əti aşkarlanıb
- Avtomobildən qaçan qadının fiziki təzyiqə məruz qalması ilə bağlı rəsmi açıqlama
- Avtomobillərlə aşkar sürət yarışına girənlər bir ayadək inzibati həbs ediləcək
- Avtomobili hərbçi və polisin üzərinə sürən şəxslər həbs edildi
- Avtomobilinin gizli saxlanc yerində narkotik daşıyan şəxs saxlanılıb
- Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək
- Avtomobildə ön şüşənin yuxarısına rəngli plyonka çəkdirmək qadağan olundu - RƏSMİ