MSK şikayəti əsassız saydı


17:29     22 Fevral 2020 MSK23.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 66 saylı Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Əliyeva Lətifə Oruc qızının müraciətinə baxılıb.

Femida.az xəbər verir ki, müraciət barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma nəticəsində iddialar öz əksini tapmayıb. Seçicilər sərbəst şəkildə öz hüquqlarını icra edib. Bu səbəbdən DSK doğru qənaətə gəlib. Sosial şəbəkələrdə də pozuntular müəyyən edilməyib. Bu səbəbdən müraciət təmin edilməməli, DSK-nın qərarı qüvvədə saxlanılmalıdır.”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Açar sözlər:

Oxunub: 696