Ana və azyaşlı oğlunun ölümü ilə bağlı cinayət işi açıldı - RƏSMİ
17:47 22 Fevral 2020
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Femida.az-a daxil olan birgə məlumatda bildirilir ki, fevralın 22-də saat 08 radələrində Kürdəmir rayonu, Şüşün kənd sakini Leyla Qənbərovanın meyitinin yaşadığı evin həyətində yerləşən su quyusunda, azyaşlı oğlu Hilalın meyitinin isə evin yataq otağında ailə üzvləri tərəfindən aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Mərhum Leyla Qənbərovanın meyitinin müayinəsi zamanı onun sol biləyində iti alətlə kəsilmiş yaradan başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi başlanıb, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.
Yaşadıqları evə baxış zamanı orada olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması müəyyən edilib.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 1099
Oxşar xəbərlər
- Anasını döyərək öldürən şəxsin məhkəməsi başlayır
- ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
- Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək
- Ana və övladlarının qətlinin daha bir təfərrüatı: Qatilin apardığı pulla ev alacaqlarmış
- ANAMA-nın Aparat rəhbəri işdən ayrılıb, yeni vəzifəyə təyin olunub
- ANAMA mina təhlükəsi olan kəndlərdə İcma Komitələri yaradıb
- ANAMA daha 30 minaaxtaran it alacaq
- Ana həbsdəki oğluna narkotik gətirib
- ANAMA minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb
- Ana sevgilisi ilə birləşib oğlunu qətlə yetirdi