Meyiti neytral ərazidən tapılan Azərbaycan hərbçisi dəfn olunub


18:07     22 Fevral 2020 20_02_22_1582379944.jpg

Azərbaycan Ordusunun düşmənlə təmas xəttinin neytral ərazisindən meyiti tapılan hərbçisi Akif Abbasovla vida mərasimi keçirilib.

Onun nəşi Ağcəbədi rayonunun mərkəzində böyük izdihamla qarşılanaraq doğulub boya-başa çatdığı evinə gətirilib.

A.Abbasov Ağcabədinin Şəhidlər xiyabanında dəfn edilib. (Report)

Qeyd edək ki, Akif Elşən oğlu Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü. Fevralın 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatı keçirilib.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər:

Oxunub: 383