Cəbhədən xəbər var
11:03 23 Fevral 2020
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini pozub.
Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxunub: 536
Oxşar xəbərlər
- Cəbhədən SON XƏBƏR
- Cəbhədən SON XƏBƏR
- Cəbhədən SON XƏBƏR
- "Onlar robot kimidirlər, qorxmadığımızı deməyəcəm" - Ön cəbhədən qayıdan erməni hərbçi
- Cəbhədən SON XƏBƏR: Qələbə bizimlədir!
- Cəbhədən YENİ XƏBƏR: düşmən snayper və pulemyotlardan atəş açdı
- Cəbhədən xəbər var
- Cəbhədən SON XƏBƏR
- Cəbhədən xəbər var
- Cəbhədən SON XƏBƏR