Biləsuvar və Astaradakı gömrük postları bağlandı


16:03     23 Fevral 2020 20_02_23_1582460946.jpg

İranla sərhəddə yerləşən gömrük postları bağlanıb.

Femida.az Report-a istinadən xəbər verir ki, Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi artıq 1 saatdır ki, koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb.

Məntəqənin nə vaxt açılacağı məlum deyil.

Məlumata görə, keçid məntəqəsindən İran tərəfdən yalnız Azərbaycan vətəndaşları, Azərbaycan tərəfindən isə İran vətəndaşlarının keçidinə icazə verilir.

Astara Gömrük Postundan İrana keçid müvəqqəti dayandırılıb.

Cənub Ərazi Baş Gömrük İdarəsinin məlumatına görə proses müvəqqəti və profilaktik xarakterlidir.

Bildirilir ki, gömrük postunda təxminən 1 saat müddətində havalandırma və dezinfeksiya işləri aparılır. Proses gündə bir dəfə həyata keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 2356