MSK-nın növbəti iclası başlayıb


16:37     23 Fevral 2020 MSK23.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Femida.az xəbər verir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında, ümumilikdə, 4 dairə üzrə baş tutan seçkidə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 735