Türkiyə Naxçıvanla sərhəd-keçid məntəqəsində gediş-gəlişi məhdudlaşdıracaq


17:47     23 Fevral 2020 2020/02/dilucu_1582465954.jpeg

Türkiyə İranda koronavirus təhlükəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası ilə sərhəddəki açılan Dilucu sərhəd-keçid məntəqəsində də hərəkəti məhdudlaşdıracaq.


Femida.az-ın məlumatına görə, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

F. Qoca deyib ki, İranla sərhəddəki Ağrı-Gürbulaq, Hakkari-Esendere ve Van-Kapıköy sərhəd keçid məntəqələrinin müvəqqəti bağlanması ilə yanaşı, İğdırdan Naxçıvan bölgəsinə açılan Dilucu sərhəd-keçid məntəqəsində də gediş-gəliş məhdudlaşdırılacaq.

Açar sözlər:

Oxunub: 617