MSK 11 məntəqədə seçkinin nəticələrini ləğv etdi


17:53     23 Fevral 2020 2020/02/31050-1582465781_1582466069.jpg

Bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Femida.az-ın məlumatına görə, iclasda bildirilib ki, həmin dairə üzrə namizədlər Natiq Cəfərlinin və Elman Quliyevin müraciətində dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK katibi Arifə Muxtarova bildirib ki, araşdrmalar zamanı qeyd olunan hallar 8 seçki məntəqəsində öz təsdiqini tapıb. A.Muxtarova təklif edib ki, həmin dairə üzrə 6, 9, 10, 23, 25, 27, 28, 29 və 31 saylı məntəqələrdə səsvermənin nəticəsi ləğv edilməlidir. Daha sonra çıxış edən MSK sədrinin müavini Rövzət Qasımov 13, 14 və 31 saylı məntələrdə də qanun pozuntularının olduğunu qeyd edərək həmin məntəqələrdə də seçkinin nəticələrinin ləğv edilməsini təklif edib.

Hər iki təklif səsə qoyularaq qəbul edilib və həmin dairə üzrə 11 məntəqədə səsvermənin nəticələri ləğv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 681