Polisdən uğurlu əməliyyat: 55 cinayətin üstü açılıb


09:55     24 Fevral 2020 20_02_24_1582523789.jpg

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 22-23-ü tarixlərində 55 cinayətin üstü açılıb.


Bakı şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, onlardan 5-i əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Qəsdən sağlamlığa ağır zərər vurma üzrə 2, adam öldürməyə cəhdə görə 1, narkotiklərlə əlaqəli 17, xuliqanlıq üzrə 8, baş verən oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 8 nəfər saxlanılıb.

İtkin düşən kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Açar sözlər:

Oxunub: 743