Bakıda sürücü sükan arxasında öldü - Prokurorluqda araşdırma aparılır


10:34     24 Fevral 2020 2019/12/yasamal-prokurorluq_1577258972.jpg

Bakıda sürücü sükan arxasında ölüb.


Femida.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1939-cu il təvəllüdlü Quliyev Heydər Heydərqulu oğlu özünə məxsus avtomobildə ölü tapılıb.

Onun sükan arxasında ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 290