Bakıda 16 mərtəbəli bina yanır +VİDEO


11:13     24 Fevral 2020 20_02_24_1582528443.jpg

Bakıda 16 mərtəbəli yaşayış binanda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az -a verilən məlumata görə, Nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 47 ünvanında 16 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində mənzildə yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.




Açar sözlər:

Oxunub: 613