Maliyyə Nazirliyində kadr dəyişikliyi olub


11:13     24 Fevral 2020 maliye%20nazirliyi2.jpg

Maliyyə Nazirliyinə məxsus “Məlumat Hesablama Mərkəzi” MMC-nin direktoru Əbdül Dadaşov pensiya yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.


Femida.az xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Elnur İbrahimova həvalə olunub.

Xatırladaq ki, “Məlumat Hesablama Mərkəzi” 1996-cı ildə, 6 min manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin əsas məqsədi maliyyə proseslərinin idarə edilməsini təkmilləşdirməkdir.

Femida.az

Açar sözlər:

Oxunub: 312