Bu dövlət qurumunun rəhbəri dəyişdi


12:14     24 Fevral 2020 2020/02/a39e939b-9ea2-46e3-9cd4-80c0add9cb66_1582532166.jpg


İqtisadiyyat Nazirliyinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru Səbuhi Mehdizadə vəzifəsindən azad edilib.


Femida.az xəbər verir ki, şirkətə rəhbərlik onun müavini Vidadi Quliyevə həvalə olunub.

Xatırladaq ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” 2007-ci ildə, 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsidir.

Femida.az

Açar sözlər:

Oxunub: 628