“Moskva” univermağından 30 min manatlıq qızıl oğurlandı


13:31     24 Fevral 2020 20_02_24_1582536793.jpg


Bakıda univermaqdan oğurluq olub.


Hadisə Nəsimi rayonunda yerləşən “Moskva” univermağında qeydə alınıb.

Məlumata görə, Q.Əliyevə məxsus piştaxtadan 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 547