ÜST: Azərbaycanda koronavirus qeydə alınmayıb
13:52 24 Fevral 2020
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sosial şəbəkələrdə koronavirusla bağlı yayılan məlumatlara münasibət bildirib.
Femida.az xəbər verir ki, ÜST saxta xəbərlərə etibar etməməyi, xəbərləri yalnız Azərbaycandakı rəsmi qurumlardan və qurumun sosial şəbəkələrdəki səhifələrindən oxumağı məsləhət görüb.
Qeyd olunub ki, yayılmış əsassız xəbərlər koronavirus xəstəliyindən (COVID-19) daha təhlükəlidir: "Hazırda Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) yoluxma halı qeydə alınmayıb. Ümumdünya Səhiyyə Təşkilatı aidiyyəti qurumlarla daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər dəsti mövcuddur və şübhəli şəxslərdən götürülən nümunələrin diaqnostikası həmin alətlər vasitəsilə aparılacaq".
Hər ehtimala qarşı aşağıdakı qabaqlayıcı tədbirləri görmək vacibdir:
- Kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinmək;
- Əlləri tez-tez yumaq, xüsusilə xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra;
Respirator xəstəliyin simptomları müşahidə olunan şəxslər bu qaydalara riayət etməlidir:
- Öskürərkən və asqırarkən məsafə saxlamaq, ağız və burnu təkistifadəlik dəsmal və ya dirsək bükümü ilə bağlamaq;
ÜST beynəlxalq səfərlərlə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunmasını tövsiyə etmir. Səfərdən öncə, ərzində və ya sonra respirator xəstəliklərin simptomları müşahidə olunarsa, səfər edən şəxslərin həkimə müraciət etmələri və səyahət tarixçələrini bölüşmələri məsləhət görülür.
Femida.az
Oxunub: 1172
Oxşar xəbərlər
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib
- Azərbaycanda son sutkada 373 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda son sutkada 399 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib
- Azərbaycanda daha 333 nəfər koronavirusa yoluxub