Bakı, Masallı və Salyan sakinlərindən narkotik götürülüb
14:47 24 Fevral 2020
Bakı, Masallı və Salyan sakinlərindən narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qəriblər kənd sakini, əvvəllər məhkum olunmuş E.Ağayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 395 qram marixuana götürülüb.
Bundan başqa Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Gülməmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram 150 qram tiryək və 555 qram heroin aşkar edilərək götürülüb.
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 445 qram marixuana götürülüb.
Hər üç faktla bağlı araşdırma aparılır.
Oxunub: 508
Oxşar xəbərlər
- Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar qrafikdən əvvəl ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar BU TARİXDƏ ödəniləcək
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar artımla ödənilib
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar nə zaman ödəniləcək?
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiya alanlara ŞAD XƏBƏR
- Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi
- Bakı, Sumqayıt, Abşeron, Gəncə və Şəkidə əyani tədris qismən bərpa olunub
- Bakı, Sumqayıt, Abşeronda əyani təhsilin forması açıqlanıb