Tibbi maskaların qiymətinin artması ilə bağlı RƏSMİ AÇIQLAMA
16:51 24 Fevral 2020
İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib.
İqtisadiyyat Nazirliyindən Femida.az-a verilən cavaba görə, məlum olduğu kimi, son zamanlar dünyada tibbi maskalara tələbat artıb. Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib: "Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək".
Femida.az
Oxunub: 603
Oxşar xəbərlər
- Tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq olacaq
- Tibbi maska istehsalı 83% artıb
- Tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsi bu qaydada veriləcək
- Tibbi sığorta haqqının adambaşına düşən məbləği müəyyənləşdi
- Tibbi maska taxmayanların Milli Məclisin binasında hərəkəti qadağan edilib
- Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşdi
- Tibbi maskalardan təkrar istifadə düzgün deyil
- Tibbi maskadan istifadə zamanı bu qaydalara əməl olunmalıdır - VİDEO
- Tibbi maskalar gömrük rüsumundan azad edildi
- Tibbi yardımdan narazı qalan şəxs - Həkimi və tibb bacısını döydü