Məzahir Pənahov seçkiyə görə kimlərin cəzalandırılacağını açıqladı


18:36     24 Fevral 2020 mezahir39.jpg

“Bülletenləri korlayan məntəqə seçki komissiyaları cəzalandırılmalıdır”.


Femida.az-ın məlumatna görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsinin 14 saylı seçki məntəqəsində 35 bülletenin korlanmasına münasibət bildirərkən söyləyib.

MSK sədri deyib ki, 35 bülletenin korlanması məntəqədə seçkinin nəticələrinə təsir etməsə də, məntəqə seçki komissiyaları bütün hallarda məsuliyyətli olmalıdır: “Ona görə də bülletenləri korlayan məntəqə seçki komissiyaları cəzalandırılmalıdır”.


Femida.az

Açar sözlər:

Oxunub: 376