MSK daha bir məntəqədə seçkinin nəticələrini ləğv edib


20:49     24 Fevral 2020 msk.jpg

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Şaiq Piriyevin müraciətinə baxılıb.


Femida.az -ın məlumatına görə, məsələ barədə MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

B. Əsgərov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 36 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi üzrə 36 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib.

Açar sözlər:

Oxunub: 734