Keçmiş arvadının ərə gedəcəyini eşidən kişi cinayətə əl atdı - MƏHKƏMƏ


21:34     24 Fevral 2020 1398947325_mehkeme.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Səfər Qurbanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.


Femida.az -ın xəbərinə görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Baxış iclası fevralın 25-də keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il oktyabr ayında Xaçmazın Qımıl kəndində baş verib. Kənd sakini, 1961-ci il təvəllüdlü Qədirov Əlihüseyn Cəlil oğlu keçmiş kürəkəni, 1990-cı il təvəllüdlü Qurbanov Səfər İlham oğlu tərəfindən bıçaqlanıb. S.Qurbanov keçmiş qayınatasına 8 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

İlkin məlumata görə, S.Qurbanov 2017-ci ildə Ə.Qədirovun qızından rəsmi qaydada ayrılaraq ikinci dəfə ailə həyatı qurub. Hadisədən bir neçə gün əvvəl keçmiş arvadı G.Qədirovanın başqası ilə ailə qurmaq istəməsi barədə eşidib və keçmiş qayınatasının evinə gedərək yayılan xəbərə etirazını bildirib. Yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqla keçmiş qayınatasına bıçaqla 8 dəfə xəsarət yetirib.

S.Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 734