Binəqədidə daha bir bina yanır Yenilənib


05:01     22 May 2015 11328994_899056256822900_16625604_n8.jpg

Yanğın hündürmərtəbəli binanın yuxarı mərtəbəsində baş verib


Femida.az xəbər verir ki, yanğın yeni tikilən çoxmərtəbəli binanın bir mənzilində baş verib.

Bina üzlənməmiş olsa da, əhali arasında böyük panika yaranıb. Yalnız yanğın baş verən binanın deyil, qonşu binaların sakinləri də küçəyə axışıb.

Hadisə yerinə yanğınsöndürənlər gəlib, hələlik hər hansı tələfat barədə məlumat verilmir.

***
Hadisə şahidlərinin verdiyi məlumata görə yanğın 7-ci mikrarayon ərazisində yerləşən Ankara Şadlıq sarayının yaxınlığında olan binanın bir mənzilində baş verib.FHN-nin işçilərinin vaxtında müdaxiləsindən sonra yanğının qarşısı tamamilə alınıb.Qeyri-rəsmi məlumata görə hər hansı bir zədə alan şəxs yoxdur.Yanğının tam söndürülməsinə baxmayaraq narahat insanlar qorxu içindədilər.Onlardan bəziləri bu vaxta qədər binanın həyətində gözləyirlər

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3030


Oxşar xəbərlər