Biləsuvarda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
10:20 25 Fevral 2020

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən oğurluq edən rayon sakinləri saxlanılıb. Saxlanılarkən onlardan birinin üzərindən narkotik vasitə də aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Biləsuvar rayon sakini İ.Hüseynov ona məxsus “VAZ 2106” markalı avtomobildən gecə saatlarında 420 manat dəyərində maqnitafonun, akkumlyator və təmir-tikinti alətlərinin oğurlandığını bildirib. Bİləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətmiş şəxslər müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onların rayon sakinləri Kamran Şirəli və əvvəllər məhkum olunmuş Elnur Hüseynov olduqları müəyyən edilib. Saxlanılarkən E.Hüseynovun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.Polis əməkdaşlarının K.Şirəli və E.Hüseynovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onların rayon ərazisində daha 4 avtomobildən maqnitafon və akkumlyator oğurladıqları müəyyənləşib. Oğurlanan əşyaların bir qismi onlardan maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Femida.az
Oxunub: 364
Oxşar xəbərlər
- Biləsuvarda 20 Yanvar faciəsinin ildönümü qeyd edilib
- Biləsuvarda velosiped traktora çırpılıb, ölən var
- Biləsuvarda minik, Kürdəmirdə yük avtomobili yanıb
- Biləsuvarda postda COVID-19 xəstəsi saxlanıldı
- Biləsuvarda yol qəzasında ölən və yaralananların kimliyi məlum olub
- Biləsuvarda şahin quşlarını ovlamaq istəyən şəxs saxlanılıb - FOTO
- Biləsuvarda baş verən qəzada 2 nəfər ölüb
- Biləsuvarda 24 yaşlı qadını avtomobil vurub
- Biləsuvarda şəhid ailələləri üçün mənzillər tikilir
- Biləsuvarda narkotacirlər saxlanılıb