Hədə-qorxu ilə pul tələb edən jurnalist həbs olundu


10:54     25 Fevral 2020 hebs89.jpg

Hacıqabulda hədə-qorxu ilə pul tələb etdiyi üçün saxlanılan jurnalist məhkəmə qarşısına çıxarılıb.


Femida.az -ın məlumatına görə, Hacıqabul rayon Məhkəməsi ayrı-ayrı vətəndaşların şikayəti əsasında tutulan “dogruxeber.com” saytının əməkdaşı İlham Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Hacıqabul polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşlardan hədə qorxu ilə pul tələb edən Şirvan sakini, 1958-ci il təvəllüdlü İlham Rəsul oğlu Həsənov saxlanılıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, “dogruxeber.com” saytının əməkdaşı İ.Həsənov vətəndaşları şantaj edib və onlardan böyük məbləğdə pul tələb edib.

Açar sözlər:

Oxunub: 592