Azərbaycan və Türkiyə güzəştli ticarət barədə saziş imzalayacaq


11:53     25 Fevral 2020 2019/12/salamlasma_1575367273.jpg

Azərbaycan və Türkiyə Bakıda keçiriləcək strateji əməkdaşlıq üzrə sammit zamanı güzəştli ticarət haqqında saziş imzalayacaq.

Bu barədə Femida.az “Hürriyet Daily News”a istinadən xəbər verir.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandır.

Səfər zamanı ümumilikdə ticarət, müdafiə, idman və digər sahələr üzrə 9 sazişin imzalanması gözlənilir.

Güzəştli ticarət sazişində qarşılıqlı gömrük güzəştlərinin və 15 müxtəlif məhsula güzəştlərin nəzərdə tutulduğu qeyd olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 437