Bakıda sevgililər özünü dənizə atdı - Biri öldü
12:36 25 Fevral 2020

Dənizkənarı Milli Park ərazisində dənizə düşən iki nəfərin adları açıqlanıb.
Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Günel Rzayeva özünü Dəniz Vağzalının yaxınlığında Xəzər Dənizinə ataraq intihar edib.
Daha sonra onu xilas etmək istəyən həmyerlisi və sevgilisi, 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov da özünü dənizə tullayıb. B.Məmmədov Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən xilas edilib.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi, Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının iştirakı ilə Səbail rayon Prokurorluğu tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri tədbirlər yerinə yetirilib. G.Rzayevanın meyitinin FHN əməkdaşları tərəfindən axtarışı mümkün olmayıb. B.Məmmədovun vəziyyəti isə hazırda kafidir.
Faktla bağlı Cinayət Məclləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb. / Report
Femida.az
Oxunub: 486
Oxşar xəbərlər
- Bakıda piyada qadını avtomobil vurub
- Bakıda bazarın qarşısında kişini maşın vurub
- Bakıda ən çox qəzalar bu küçə və prospektlərdə olur
- Bakıda ev yanır
- Bakıda kişi özünü körpüdən atıb
- Bakıda süpürgəçi qadını avtomobil vurub
- Bakıda gənc oğlana 8 bıçaq zərbəsi vurulub
- Bakıda və daha 16 şəhər-rayonda SMS-icazə və icaze.e-gov.az” portalından icazə sistemi ləğv olunub
- Bakıdan nümayəndə heyəti Tehrana gedir
- Bakıda 554 küçə dezinfeksiya edilib - FOTO