Vəkillər növbəti dəfə əhaliyə pulsuz hüquqi yardım göstərdi


12:42     25 Fevral 2020 20_02_25_1582620249.jpg


Vəkillər Qəbələ və ətraf rayonların əhalisinə hüquqi yardım göstərib.

Femida.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə olunub.

Göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, 22 fevral tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Qəbələ və ətraf rayonların əhalisinə ödənişsiz hüquqi yardım göstərilib.

"Kredo" Vəkil Bürosu tərəfindən Qəbələ rayon Mədəniyyət Mərkəzində 20-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib, onların problemləri ilə tanış olunub, müvafiq məsləhətlər verilib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #vəkil   #qanun   #hüquq   #vətəndaş   #Qəbələ   #hüquqiyardım   #vəkillərkollegiyası  

Oxunub: 2866