XİN-dən əsgərimizin şəhid edilməsi ilə bağlı BƏYANAT
13:29 25 Fevral 2020
Bu ilin 24 fevral tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində növbəti dəfə atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində sərhədçi əsgərimiz Vəliyev İbrahim Ələmşah oğlu şəhid olub. Qanlı insident Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib.
Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozması və Azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə alması, bu ölkənin təcavüzkar siyasətini və ölkə rəhbərliyinin “inqilabi” təşəbbüslərinin əsl mahiyyətini açıq şəkildə göstərir:
"Bu məqsədyönlü qəsdlə Ermənistan tərəfi bir daha açıq şəkildə təsdiq edir ki, məhz o, işğalçı ölkədir və Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı oyuncaq rejim arxasında gizlənmək cəhdləri tamamilə əsassızdır.
Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımının qurbanlarının anıldığı ərəfədə sözügedən hadisənin baş verməsi Ermənistanın öz çirkin əməllərini dünya ictimaiyyətinin diqqətindən yayındırmaq istiqamətdində atdığı növbəti mənfur və riyakar cəhdidir. Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir".
Femida.az
Oxunub: 538
Oxşar xəbərlər
- XİN-dən Dirçəliş Günü XİN-dən Dirçəliş Günü təbriki
- XİN-dən Ermənistanın Azərbaycan mövqelərini atəşə tutmasına MÜNASİBƏT
- XİN-dən erməni cinayətləri ilə bağlı AÇIQLAMA
- XİN-dən Ermənistana çağırış: Boş bəyanatlar verməyin
- XİN-dən 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT
- XİN-dən ermənilərin Xocavənddə törətdikləri təxribatla bağlı AÇIQLAMA
- XİN-dən fransalı deputatların Qarabağa gedəcəyi xəbərinə münasibət
- XİN-dən Mnatsakanyana CAVAB
- XİN-dən saxlanılan erməni diversiya qrupunun komandiri ilə bağlı açıqlama
- XİN-dən Rusiyadakı azərbaycanlılarla bağlı açıqlama