Biləsuvar gömrüyündə səyyar hospital xidmətə başladı
14:01 25 Fevral 2020
Son vaxtlar İran İslam Respublikasında müşahidə olunan koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyyəsi üzrə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq işlər, o cümlədən lazımi sanitar-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir.
Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, İranda yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara və Biləsuvar gömrük-sərhəd buraxılış məntəqələrində də profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır. Belə ki, Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən Komitənin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalı və müvafiq tibbi heyəti bu gömrük-keçid məntəqəsinə ezam olunub. Eyni zamanda, Astara gömrük-sərhəd keçid məntəqəsi də Tibbi Xidmət İdarəsinin müvafiq tibbi heyəti ilə gücləndirilib.
Məlumat üçün bildirək ki, Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə Biləsuvar gömrük postuna artıq təhkim olunub və fevralın 25-dən etibarən xidmətə başlayıb. Mobil səyyar hospital vasitəsilə zərurət yarandıqda infeksion xəstəliyə şübhəli olan vətəndaşlar tibbi baxışdan keçirib, sonradan TƏBİB-in müvafiq strukturlarına təhvil veriləcək. Eyni zamanda, mobil hospitalda iki yataq xəstəsinə tibbi yardım göstərmək imkanı da mövcuddur.
Biləsuvar gömrük-sərhəd keçid məntəqəsində görülən tədbirlər profilaktik məqsədlərlə həyata keçirilir. Hazırda ölkə vətəndaşlarının zərurət yaranmadıqca İrana səyahət etməmələri tövsiyə olunur.
Oxunub: 592
Oxşar xəbərlər
- Azərbaycana gətirilən Aİ-92 benzinin gömrük rüsumundan azad olunma müddəti başa çatıb
- ABŞ Ukrayna poladına tətbiq edilən gömrük rüsumlarını ləğv edib
- Gömrükçülər narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb
- İntihar edən qızı tutmağa çalışan şəxs Gömrük Komitəsinin əməkdaşıdır - FOTO
- Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
- “Qafqaz Qartalı” təlimi məqsədilə Azərbaycana gətirilən avadanlıqlar gömrük rüsumu və vergidən azad ediləcək
- Gömrükçülər ölkə ərazisi ilə Ermənistana yük aparan İran vətəndaşını saxlayıb
- Rüşvətə görə saxlanılan gömrük əməkdaşlarına bəraət verilib
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Azərbaycan gömrükçüləri külli miqdarda "iPhone" telefonu müsadirə edib