Səfər Mehdiyev vətəndaşları qəbul edəcək


15:22     25 Fevral 2020 20_02_25_1582629835.jpg


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev fevralın 28-də saat 10:00-da Xızı rayon Heydər Əliyev Mərkəzində (Xızı şəhəri, Heydər Əliyev küç. 37) Xızı, Siyəzən və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.


Komitədən Femida.az-a bildirilib ki, həmin gün saat 14:00-da Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov Qobustan rayon Olimpiya İdman Kompleksində (Qobustan şəhəri, Heydər Əliyev küç. 5) Qobustan rayonundan, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevisə saat 10:00-da Quba rayon Heydər Əliyev Mərkəzində (Quba şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) Quba rayonundan olan vətəndaşları qəbul edəcək.

Qəbullar zamanı yalnız Xızı, Siyəzən, Şabran, Qobustan və Quba rayonlarının və bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbullarda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 422