Balakəndə bədbəxt hadisə


22:48     29 Noyabr 2015 divar%20ucdu.jpg

Balakən rayonu Qazma kənd sakini 1973-cü il təvəllüdlü Ukalayev İlham Abdulməcid oğlu bədbəxt hadisənin qurbanı olub.


Femida.az xəbər verir ki, o, qonşusuna məxsus köhnə divarı dağıdan zaman ,ehtiyatsızlıqdan divar onun üzərinə aşıb.

İlham Ukalayev ağır vəziyyətdə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1418