BDU-nun müəlliminin oğlunu bıçaqlayan şəxs hökmdən narazıdır
15:30 25 Fevral 2020
Bakı Apellyasiya Məhkəməsində iki nəfərə xəsarət yetirməkdə təqsirli bilinən Tural Məmmədovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Femida.az-ın xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Mahiyyəti üzrə baxış iclası martın 10-a təyin edilib.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Məmmədov Tural Mübariz oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə təqsirli bilinib.
İş üzrə zərərçəkmiş qismində Əliyar Qasımov və Sabir Tarverdiyev tanınıblar. Təqsirləndirilən Tural Məmmədovla Əliyar Qasımov dost olublar. Hadisə baş verən gün Tural Əliyar Qasımovla qız üstündə mübahisə edib və ona bir neçə bıçaq zərbəsi endirib. Həmin vaxt orada olan Sabir Tarverdiyev də ayaq nahiyəsindən bıçaq zərbəsi alıb.
Əliyar Qasımov BDU-nun Hüquq fakültəsinin müəllimi Ərəstun Qasımovun oğludur.
Femida.az
Oxunub: 625
Oxşar xəbərlər
- BDU-nun tələbəsi qəzaya düşərək ölüb
- BDU-nun dosenti vəfat edib
- BDU-nun sabiq kafedra müdirinə qarşı dələduzluq edən şəxsə hökm oxunub
- BDU-nun 8 fakültəsinə dekan seçilib - SİYAHI
- BDU-nun müəllimi vəfat edib
- BDU-nun müəllimi vəfat edib
- BDU-nun müəllimi vəfat edib
- BDU-nun dosenti vəfat edib
- BDU-nun dosenti vəfat edib
- BDU-nun professoru vəfat etdi