Türkiyə parlamenti Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
16:10 25 Fevral 2020
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komissiyası Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Femida.az “Anadolu”ya istinadən xəbər verir ki, sənəddə beynəlxalq ictimaiyyətə çağırış edilərək qətliama ciddi reaksiya göstərilməsi istənilib.
Bəyanatda Xocalı soyqırımı haqqında qısa məlumat da yer alıb.
Sənəddə hadisə şahidləri və qurbanlarının hələ də həyatda olduğu, Xocalıda baş verənlərin tarixi olay deyil, günümüzün acı reallığı olduğu vurğulanıb: “İnsanlıq adına qanlı bir ləkə olan bu cür qətliamların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının qərarları çərçivəsində Xocalı soyqırımına layiq olduğu diqqəti verməsi və lazımi reaksiya göstərməsinin vacib olduğunu bir daha vurğulayırıq. Azərbaycanlı qardaşlarımıza bu haqlı davada həmrəyliyimizi ifadə edirik. Bu hadisəyə görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq məhkəmə qarşısına çıxarılmasına çağırırıq. Ermənistan işğal etdiyi torpaqlardan tezliklə çıxmalıdır”.
Femida.az
Oxunub: 546
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM